Azərbaycan və Ermənistan arasında anklavlarla bağlı prinsipial razılıq əldə olunub Gündəm

Azərbaycan və Ermənistan arasında anklavlarla bağlı prinsipial razılıq əldə olunub

Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT Minsk qrupu rəsmən buraxıldı. Ermənistanla Azərbaycan arasında iki məsələ həll edilməlidir. Anklav kəndlərin qaytarılması və Ermənistan Konustitusiyada ərazi iddiaları bəndlərinin referendumla çıxarılması.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, demək olar ki, Ermənistan Azərbaycanın bütün şərtlərini yerinə yetirir. Rəsmi Yerevan Minsk qrupunun buraxılmasını yekun sülh müqaviləsinin bağlanması ilə eyni vaxtda imza atacağını qeyd edirdi. Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə N. Paşinyan Minsk qrupunun buraxılması ilə bağlı təklifi qəbul etdi:

"Hazırda Ermənistanda Avropa İttifaqının yarım hərbi mülki missiyası fəaliyyətini davam etdirir. Bu missiya Azərbaycanla sərhəddə monitorinq aparırdı. Artıq Ermənistanla Azərbaycanla de-fakto sülh əldə edilib. Avropa ittifaqının Mülki Missiyasının Azərbaycanla sərhəddə hər hansı bir monitorinqinə ehtiyac qalmayıb. Amma, Avropa İttifaqı öz missiyasını Ermənistandan çıxarmır. Çünki, Avropa İttifaqının yarım hərbi Mülki Missiyasının fəaliyyəti məhz Rusiyaya qarşı yönəlib. Ermənistanda parlament seçkilərində N. Paşinyan qələbə əldə edəndən sonra, Avropa İttifaqının yarım hərbi mülki missiyası ölkəni tərk edəcək.

Qeyd edim ki, Çində Azərbaycan prezidenti ilə və Ermənistan Baş naziri iki tərəfli görüş keçirdi. Bu görüş əvvəlki görüşlərdən fərqli olaraq müsbət atmosfer şəraitində keçdi. Bu görüşdə hər hansı ciddi bir məsələ olmadan paraflanmış sülh mətnindən irəli gələn məsələlərin həlli üçün yaradılacaq birgə komissiyanın işinin təşkili və anklavlarla bağlı məsələlər müzakirə edilib. Anklavlarla bağlı prinsipial razılıq əldə edilib. Ola bilsin ki, müəyyən anklavlarla bağlı mübadilə mümkün olsun. Çünki, Ermənistan Baş naziri Gədəbəydə Başkəndin ona aid anklav olduğunu qeyd edir. Azərbaycan Başkəndi Ermənistana verə bilməz".

Cavid