İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
3 Sentyabr 2025 18:02
4 949
Vladimir Zelenski bölgənin müdafiə əhəmiyyətinə istinad etdi.
Xalqcebhesi.az məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq, çünki bu region Ukrayna Silahlı Qüvvələrinin müdafiəsinin vacib hissəsidir.
“Biz bu ərazini heç bir halda verə bilmərik,” – deyə o, bu barədə verilən suala cavab olaraq bildirib. – “Bu, müdafiə xəttimizin çox güclü bir hissəsidir. Biz belə hədiyyələr etməyəcəyik.”
Zelenski əlavə edib ki, Ukrayna Konstitusiyası da Donbasdan imtina etməyə icazə vermir.
Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov, Krım, Donbas və Novorossiyanın Rusiyaya daxil olmasının beynəlxalq səviyyədə tanınmasının Ukraynada dayanıqlı sülhə nail olmaq üçün zəruri olduğunu bildirmişdi.
Məryəm Quliyeva
25 Mart 18:25
1 379
25 Mart 15:09
1 337
25 Mart 13:50
1 946