“Tramp dövründə hər an hərbi ssenari işə düşə bilər”
19 Yanvar 22:30
19 Yanvar 22:30
19 Yanvar 22:14
19 Yanvar 20:31
5 Sentyabr 2025 15:50
4 018
Qazaxıstanda ölkənin tarixindəki ən böyük kokain partiyası ələ keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi (MTK) öz Telegram kanalında məlumat yayıb.
"Milli Təhlükəsizlik Komitəsi narkotiklərin beynəlxalq qaçaqmalçılıq kanalının ləğvi məqsədilə çoxsaylı əməliyyat həyata keçirib", - deyə məlumatda bildirilir .
Mətbuat xidmətinin məlumatına görə, Almatı şəhərində görülən tədbirlər nəticəsində 13 ton 183 kiloqram kokain ələ keçirilib. Yükün, daha sonra Qazaxıstan üzərindən üçüncü ölkələrə tranzitlə daşınacağı ehtimal edilirdi.
MTK əlavə edib ki, əməliyyat zamanı narkotik kanalı təşkil etməkdə şübhəli bilinən iki xarici vətəndaş saxlanılıb. Hazırda ilkin məlumatlara əsasən, Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü bəndi ilə bağlı istintaq aparılır.
Məryəm Quliyeva
19 Yanvar 22:30
840
19 Yanvar 22:14
1 015
19 Yanvar 20:31
1 099