Ağbənd-Kəlalə körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır
Rəsmi Tehran Azərbaycanla Ermənistan arasında ticari-iqtisadi əlaqələri dəstəkləyir
Əraqçinin müavini: İrana hücum olarsa, müharibə sərhədləri aşacaq
Xarici İşlər Nazirliyində geniştərkibli kollegiya iclası keçirilib
8 Sentyabr 2025 11:15
2 786
“Rusiyanın Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS-də görmək istəməməsi, əslində, normal qarşılanmalıdır. Belə ki, bizim Rusiya ilə son 9 ayda münasibətlərimiz ciddi şəkildə pisləşib və bunun əsas səbəbkarı Rusiyadır. Bu, Rusiya tərəfinin qeyri-adekvat davranışları, Azərbaycanla təhdid dilində danışması və qonşuluq münasibətlərinə uyğun olmayan davranışlar sərgiləməsilə başlanıb. Azərbaycan da Rusiyanın bu təxribatlarına və təzyiqlərinə adekvat cavablar verməklə öz maraqlarını qoruyub. Bu da Rusiyanın imperiya ambisiyaları və bu zehniyyətdə normal qarşılanmır”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.
Politoloq bildirib ki, Rusiya siyasi isteblişmenti və cəmiyyəti hesab edir ki, keçmiş postsovet məkanı ölkələri onların müstəmləkələridir və Rusiya onlarla istədiyi formada rəftar edə bilər: “Bu da olduqca yanlış bir düşüncədir. O baxımdan Rusiya özü birbaşa olmasa da dolayı yolla ŞƏT-də Azərbaycanın üzvlük məsələsini bloklayıb. Amma bunlar hesab etmirəm ki, bizim maraqlarımıza ciddi şəkildə zərər verdi, əksinə, Rusiyanın və Hindistanın mövqelərini ortaya qoydu. Biz də bundan sonrakı addımlarımızda onların bu davranışlarını, şübhəsiz ki, nəzərə alacağıq”.
Röya İsrafilova
16:40
756
16:07
1 330
15:06
966