

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılması uzun illərdir regional gündəmin əsas mövzularından biridir. Xatırladaq ki, rəsmi Ankara 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq diplomatik əlaqələri minimuma endirib və sərhədləri bağlayıb. Bu prosesdən ən çox zərər görən tərəf isə Ermənistan olub.
Milli Məclisin deputatı Günay Ağamalı məsələ ilə bağlı Xalqcebhesi.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə ötən dövrdə beynəlxalq əhəmiyyətli layihələr reallaşdırıblar, Ermənistan isə işğalçı siyasəti səbəbindən bu imkanlardan məhrum qalıb: “İkinci Qarabağ müharibəsindən sonra regionda yeni geosiyasi reallıq formalaşıb və Ermənistan rəhbərliyi də artıq Türkiyə–Azərbaycan əməkdaşlığında mövcud perspektivlərin onlar üçün alternativsiz yol olduğunu anlamağa başlayıb. Bu baxımdan, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıcın rəhbərlik etdiyi nümayəndə heyətinin Əlican–Marqara sərhəd-keçid məntəqəsindən İrəvana planlaşdırılan səfəri xüsusi əhəmiyyət kəsb edir. Bu, Vaşinqton görüşündən sonra yaranan müsbət dinamikanın davamı kimi qiymətləndirilə bilər.”
Deputat əlavə edib ki, qarşıdakı görüşlərdə həm qondarma soyqırım iddiaları, həm də ərazi tələblərinin müzakirəsi gözlənilir: “Sərhəd-keçid məntəqələrinin mərhələli şəkildə açılması və Zəngəzur dəhlizi ilə bağlı məsələlər də gündəmdə olacaq. Çünki həm Azərbaycan, həm də Türkiyə öz ərazilərində artıq zəruri infrastruktur layihələrini reallaşdırır və Ermənistanın öhdəliklərini vaxtında yerinə yetirməsində maraqlıdır”.
Günel Elxan