“Müharibənin sonu parçalanma ola bilər”
16 Dekabr 21:33
16 Dekabr 21:33
16 Dekabr 21:13
16 Dekabr 20:12
16 Dekabr 18:38
16 Sentyabr 12:19
1 904
“Rusiya Polşanın hava məkanını pozması kimi addımlarla həm Avropa İttifaqının, həm də NATO-nun nəbzini yoxlayır, eyni zamanda, psixoloji təzyiq də həyata keçirir. Bu gün Rusiyanın ən əsas məqsədi budur. Yəni Avropa dövlətlərini, NATO-nu qorxudaraq Ukraynaya dəstəkdən çəkindirmək. Bu gün bir nömrəli əsas hədəf və məqsəd budur, Rusiya bunun üçün çalışır”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat diqqətə çatdırıb ki, əgər Avropa dövlətləri bu məsələyə ciddi reaksiya verməsələr, ciddi bir addım atmasalar, Rusiya digər Avropa ölkələrinə də hücum həyata keçirərək onları qorxutmağa, onlara təzyiq etməyə çalışacaq: “Məsələnin ən təəssüf hissi doğuran tərəfi odur ki, bu günə kimi NATO dövlətlərinin reaksiyası, mövqeyi o qədər də güclü olmayıb və bu gündən sonra da güclü olması hələki gözlənilmir. Ona görə də bu baxımdan hesab edirəm ki, NATO dövlətləri də dişsiz yox, dişli mövqe nümayiş etdirməlidir. Qəti qərarlar qəbul etməli, qəti mövqe ortaya qoymalıdırlar. Biz hələki bu qəti mövqeyi və yanaşmanı görmürük. Bu qəti mövqe, yanaşma olmadıqca da Rusiyanın təzyiqləri, təxribatları artacaq və Rusiya öz məqsədinə nail olacaq. Burada məsələnin əsl mahiyyəti və əsas tərəfi bundan ibarətdir. NATO bunu nəzərə almalıdır və Rusiya tərəfinin bu təxribatlarının qarşını almaq üçün mütləq şəkildə real addımlar atmalıdır, atmadan qeyri-mümkündür”.
Röya İsrafilova
16 Dekabr 21:33
910
16 Dekabr 21:13
917
16 Dekabr 20:12
1 001