
Maqnit qasırğası sönüb
17:30
ABŞ-da Çin sosial şəbəkəsi TikTok-un fəaliyyətinə dair razılaşma, Amerikanın TikTok istifadəçilərinin məlumatlarının Çinə göndərilməməsini təmin edəcək.
Xalqcebhesi.az xəvər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Cemison Qrir məlumat verib.
"Bu, xüsusi şirkətləri əhatə edən bir razılaşmadır və o, ABŞ istifadəçilərinin məlumatlarının Pekinə göndərilməməsini təmin edən konkret bir bəndi nəzərdə tutur", - o, Fox Business kanalına verdiyi müsahibəsində bildirib.
Qririn sözlərinə görə, danışıqlar, Çin narahatlıqlarını nəzərə alaraq və ABŞ-ın milli təhlükəsizlik prioritetlərini qorumaq məqsədilə aparılıb. "Məhz buna nail olduq", - o əlavə edib.
Daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Prezidenti Si Cinpinin 19 sentyabrda planlaşdırılan telefon danışığında TikTok-un ABŞ-da fəaliyyətinə dair razılaşmanın son şərtlərini təsdiqləyəcəklər.
Məryəm Quliyeva