“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
13 Oktyabr 2025 11:44
2 275
“Azərbaycan Rusiya münasibətləri onsuz da normal, mehriban qonşuluq münasibətləri idi. İstənilən qonşu ölkələr, o cümlədən dost-qardaş ölkələr arasında hansısa məsələdə anlaşılmazlıq olur. Rusiya Prezidenti aviaqəza məsələsinə tam aydınlıq gətirdi, bu məsələni nəzarət altında saxladığını bildirdi. O, xüsusi vurğuladı ki, görünür, bu məsələnin tam aydınlanması üçün müəyyən bir zaman lazım idi və bu zamanda hər iki ölkənin rəsmi dairələri münasibətləri qoruyub saxlamaq üçün mümkün olanı etdilər”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.
Deputatın bildirdiyinə görə, şübhəsiz ki, demokratik mühitdə mütləq münasibətləri pozmağa çalışan, bundan öz siyasi məqsədləri üçün nəsə əldə etməyə çalışanlar olacaq: “O baxımdan kimlərinsə şəxsi fikirləri dövlət mövqeyi deyil. Dövlətlərarası münasibətlərdə rəsmi mövqe əsas götürülür. Rusiya və Azərbaycan mehriban qonşudurlar və bundan sonra da belə olacaqlar. Hər iki prezident Düşənbədə görüşdə bundan sonrakı münasibətlərin normal məcrada getməsi üçün artıq xətt götürüldüyünü elan etdilər”.
Röya İsrafilova
13 Yanvar 19:20
1 015
13 Yanvar 18:56
1 064
13 Yanvar 17:06
1 358