Geosiyasi oyunda dönüş: Tramp Ankaranı sülh masasına çağırır Gündəm

Geosiyasi oyunda dönüş: Tramp Ankaranı sülh masasına çağırır

Rusiya–Ukrayna müharibəsi artıq dörd ilə yaxın davam edir və bu müddət ərzində heç bir tərəf tam üstünlük əldə edə bilmir. Hər iki ölkənin hərbi və insani resursları tükənməkdədir, regionda vəziyyət gərgin olaraq qalır, qlobal iqtisadi və siyasi təsirlər isə hər gün daha aydın şəkildə görünür. Belə bir şəraitdə sülh təşəbbüslərinə ehtiyac təkcə tərəflər üçün deyil, bütün dünya üçün həyati əhəmiyyət daşıyır.

Son dövrlər Türkiyə bu prosesdə fəal vasitəçi kimi çıxış edir. İstanbulda keçirilən üçtərəfli zirvələr və digər diplomatik təşəbbüslər nəticəsində sülhə yaxınlaşmaq imkanları yaranıb. ABŞ Prezidenti Donald Tramp da açıqlamalarında Türkiyənin Rusiya və Ukrayna arasındakı dialoqu gücləndirməsi zərurətini vurğulayır və Ankara üçün beynəlxalq dəstəyin əhəmiyyətini önə çəkir.

Paralel olaraq, regionda iqtisadi əməkdaşlıq da strateji əhəmiyyətini qoruyur. Azərbaycan, Rusiya və İran arasında Şimal-Cənub nəqliyyat dəhlizinə dair əməkdaşlıq ölkələrarası ticarətin asanlaşdırılması, gömrük rüsumlarının optimallaşdırılması və regionun iqtisadi gücünün artırılması baxımından mühüm rol oynayır. Bu layihələr həm regional stabilliyə, həm də qlobal iqtisadi mühitə təsir göstərən faktor kimi qiymətləndirilir.

Beləliklə, Türkiyənin vasitəçilik missiyası və regional əməkdaşlıq təşəbbüsləri, Rusiya–Ukrayna müharibəsinin diplomatik həllinə yönəlmiş ümidləri gücləndirir və qlobal ictimaiyyət üçün yeni perspektivlər yaradır.

"Tramp Türkiyədən Rusiya-Ukrayna sülhündə fəal rol gözləyir"

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Rusiya və Ukrayna arasında davam edən müharibə artıq 4-cü ilinə yaxınlaşır: “Ötən illər göstərdi ki, heç bir tərəf tam üstünlük qazana bilmir və hər iki ölkənin insani və hərbi-texniki resursları tükənməkdədir. Buna görə də əlbəttə, bəşəri faciənin qarşısını almaq üçün sülhə ehtiyac var”.

Deputat bildirib ki, müharibə başlayandan bəri Türkiyə çoxsaylı diplomatik təşəbbüslər irəli sürüb: “Bəzən qismən nəticələr əldə olunub, bəzən isə Qaradəniz vasitəsilə yüklərin daşınması təmin edilib. İstanbulda keçirilən görüşlər zamanı sülhə yaxınlaşmaq imkanları yaranıb. Türkiyənin artıq hər iki ölkə ilə danışıqlar aparmaq təcrübəsi var”.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da Türkiyəni bu istiqamətdə səylərini artırmağa dəvət edir: “Hər iki ölkənin Türkiyəyə olan inamı və etibarı, onun vasitəçiliyini daha aktual edir. Görünür, Türkiyə səylərini gücləndirməli və digər beynəlxalq səyləri səfərbər etməlidir ki, Rusiya ilə Ukrayna arasında sülh əldə olunsun”.

Türkiyə sülh üçün baş rolda

Millət vəkili Tənzilə Rüstəmxanlı deyib ki, ABŞ prezidenti Donald Tramp Şarma Şeyxdə keçirilən Yaxın Şərq sülh sammitində Türkiyə prezidentinin Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi rol oynaya biləcəyini qeyd edib.

Onun fikrincə, Trampın bu açıqlamaları dünya ictimaiyyəti üçün maraqlıdır və Rusiya-Ukrayna müharibəsinin mürəkkəb mərhələdə olduğunu göstərir: “ABŞ-ın Ukraynaya xüsusi qanadlı raketlər göndərməsi və Rusiyaya qarşı istifadə olunması məsələləri müzakirə olunur və münaqişənin yaxın zamanda siyasi həllinin görünmədiyi təəssüf doğurur. Əgər Türkiyə müharibənin dayandırılmasında rol oynayacaqsa, bu, bütün dünya üçün müsbət siqnal olacaq. Rusiya-Ukrayna müharibəsi təkcə NATO-Rusiya qarşıdurması deyil, bütün Avrasiya regionunu və dünya iqtisadiyyatını təsir altına alır. Türkiyənin və digər tərəflərin vasitəçilik funksiyası müharibənin sona çatmasına töhfə verə bilər və dünya ictimaiyyəti də bunu dəstəkləyir.”

Rusiya-Ukraynada dönüş Türkiyədən

Deputat Tural Gəncəliyev diqqətə çatdırıb ki, Trampın bu açıqlamaları dünya ictimaiyyəti üçün böyük əhəmiyyət daşıyır və Rusiya-Ukrayna müharibəsinin mürəkkəb və çətin mərhələdə olduğunu göstərir: “ABŞ-ın Ukraynaya xüsusi qanadlı raketlər göndərməsi və Rusiyaya qarşı istifadə olunması məsələləri müzakirə olunmaqdadır və münaqişənin yaxın zamanda siyasi həllinin görünmədiyi təəssüf doğurur. Əgər Türkiyə müharibənin dayandırılmasında rol oynayacaqsa, bu, bütün dünya üçün müsbət siqnal olacaq. Rusiya-Ukrayna müharibəsi təkcə NATO-Rusiya qarşıdurması deyil, bütün Avrasiya regionunu və dünya iqtisadiyyatını təsir altına alır. Türkiyənin və digər tərəflərin vasitəçilik funksiyası müharibənin sona çatmasına töhfə verə bilər və dünya ictimaiyyəti də bunu dəstəkləyir".

Günel Elxan