
“Bu, Azərbaycana olan müsbət münasibətin təzahürüdür”
17 Oktyabr 18:26
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
17 Oktyabr 16:25
Son dövrlərdə Azərbaycanın Suriyada, Qəzzada və hətta Ukraynada mümkün sülhməramlı fəaliyyəti barədə müzakirələrin beynəlxalq səviyyədə aktuallaşması təsadüfi deyil. Azərbaycan bu gün həm müsəlman dünyasında qəbul edilən, həm də İsrail, Türkiyə və Qərb strukturları ilə strateji tərəfdaşlıq qura bilən yeganə dövlətdir. Belə bir şəraitdə Azərbaycan Ordusunun sülhməramlı kimi iştirakı yalnız hərbi yox, diplomatik balansın qorunması baxımından da mühüm rol oynaya bilər. Yəni, rəsmi Bakı konfliktlərdə nə tərəf, nə vasitəçi, nə də müşahidəçi deyil, sabitlik gücü kimi çıxış edəcək.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, Ukrayna istiqamətində də Azərbaycanın iştirakı mümkün hesab edilir. Həm Rusiya ilə strateji təhlükəsizlik əməkdaşlığı, həm də Ukraynaya humanitar dəstək siyasətini davam etdirən Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə birmənalı yanaşması, ona Ukrayna və Rusiya arasında sülhməramlı mandatı qazandıra bilər:
"Geosiyasi baxımdan, Azərbaycanın qlobal konfliktlərdə hərbi iştirakı, beynəlxalq hüququn icraçısı, regionda sabitliyin təminatçısı kimi, onun beynəlxalq nüfuzunu artırır, müttəfiqlik əlaqələrini möhkəmləndirir və dövlətin qlobal güc mərkəzinə çevrilməsi prosesini sürətləndirir. Bu da milli maraqların təminatı üçün yeni diplomatik vasitə imkanları vəd edir. Yəni, nəticə etibarilə Azərbaycanın beynəlxalq konfliktlərdə sülhməramlı adı altında iştirakı, milli maraqların qlobal təhlükəsizlik məsuliyyəti ilə sintezi - birləşməsi deməkdir. Beynəlxalq konfliktlərdə sülhməramlı kimi iştirak, təkcə hərbi və diplomatik məsələ deyil, həm də ideoloji və psixoloji üstünlükdür".
Cavid