08:38
819
Gürcüstanın paytaxtı Tiblisidə hökumət əleyhinə keçirilən etiraz aksiyası, ölkədə gərginləşməkdə davam edən siyasi vəziyyətin, bir az daha ciddi hadisələr fonunda inkişaf edəcəyini ehtimal etmək imkanı verir.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Müxalifət bu səfər daha hazırlıqlı görünür və mövcud hökumətə qarşı, məqbul hesab olunan, ölkənin bütün siyasi qüvvələrini özlərinə birləşdirməyi bacardılar. Keçirilən yürüş mitinqdə ölkənin sabiq prezidenti də iştirak edir. Səsləndirilən
"sona qədər, qələbəyə qədər" şüarları və yenidən parlament seçkilərinin və bələdiyyə seçkilərinin keçirilməsini tələb olaraq etirazçılar tərəfindən qoyulması, vəziyyəti nəzərə almaqda özünü çətin duruma salan hökumət üçün heç də yaxşı nəsə vəd etmir" - politoloq deyib.
O, qeyd edib ki, hadisələrin sıralamasına nəzər yetirsək görərik ki, hökumətin siyasi dialoqdan qaçması onun durumunu ağırlaşdırmaqdadır və belə bir vəziyyət, getdikcə müxalifətin daha çox aktivləşərək birlikdə hərəkət etməsini təmin edir: "Artıq müxalifət, keçirilən yürüş mitinqdə səsləndirdiyi sərt şüarlar və tələbləri ilə hökuməti addımlar atmağa məcbur etməyi fikirləşir. Əyər hökumət tələblər qarşısında müəyyən addımlar atsa, dialoqu bərpa etsə, qəbul etdiyi bəzi qanunları, (bu xüsusilə də Avropa Birliyi ilə bağlı qanundur) ləğv etsə və yaxud da düzəliş versə və bəzi məsələlərdə kompromisə gedərsə, heç şübhəsiz ki ölkədə baş verənlərə nəzarəti əlində saxlaya bilər və etirazların kökündə duran bütün səbəbləri zəiflədə bilər".
Doğrudur, hazırkı hökumətin durumunu zəif hesab etmək olmaz. Amma, bu vəziyyət sürətlə yerini qeyri sabit duruma verməkdədir. Burada xarici müdaxilələrin də təsiri öz sözünü deyir və hər iki tərəfin belə müdaxilələrdən təsirlənməsi nəticəsində, ölkədəki sabitliyin pozulmasına səbəb olma ehtimalı böyüyür. Bu baxımdan Gürcüstan siyasi baxımdan risk altına düşməkdədir və hökumətin üstün durumu hər an dəyişə bilər: "Hesab edirəm ki, az ehtimal olunsa da, hökumət mütləq şəkildə kompromisə getmək məcburiyyətindədir. Əks halda ölkənin gələcək həyatı böyük risklərlə üz-üzədir".
Cavid