Milli mədəni irs obyektlərinin Azərbaycandan qanunsuz aparılmasına görə cərimələr 2 dəfə artırılıb
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
Rəsmi Tehrandan Trampa: İran dialoqa hazırdır, lakin məcbur qalsaq, misli görünməmiş cavab verəcəyik
Aİ Ermənistana 20 milyon avroluq hərbi yardımın ayrılmasını təsdiqləyib
28 Oktyabr 2025 18:39
2 324
“Son zamanlar idman zallarında ürəktutmasından dünyasını dəyişənlər çoxalıb. Azərbaycanda idman zallarında çox qorxulu bir biznes başlayıb. Həkimlik diplomu olmadan xəstə qəbul edirlər, arıqladıcı dərmanlar satışı edirlər, sosial şəbəkələrdə yalandan özlərinə titul götürüb dərman satırlar, arıqladıcı kokteyl, çay satırlar və s. İdman zallarında tibbi savadı olmayan treynerlər insanlara əziyyət edirlər. Anabolik steroidlər təyin edirlər. Bu, əzələ kütləsini artırmaq üçün qeyri-leqal maddələrdir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında dietoloq Ləman Süleymanova söyləyib.
Onun bildirdiyinə görə, bu maddələrin ciddi yan təsirləri və sağlamlıq riskləri var: “Anabolik steroidləri qəbul etmək qanunsuzdur. Eyni zamanda, idmanın aktivliyini yaxşılaşdırmaq və bəzən əhvalı artırmaq üçün stimulantlar və digər maddələr qəbul edirlər. Bu, əzələləri yalandan artırır, lakin kişilərdə ciddi problem yaradır. Testosteronun səviyyəsini aşağı salır, cinsi zəiflik yaradır və ürək-damar xəstəliyinə gətirib çıxarır. Ani şəkildə ürəkdə problem əmələ gəlir və hətta o dərmanları qəbul edib məşq edən insanın həyatı təhlükəsi çox böyük olur. Ona görə də bunlar araşdırılmalıdır”.
Röya İsrafilova