Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
3 Noyabr 2025 08:23
3 374
BMT 2024-cü il statistikasında dünyada 180 coğrafiyada münaqişələrin olduğu haqqında məlumat verdi. HƏMAS-İsrail müharibəsi də, həmin münaqişələrin içərisindədir.
Politoloq Bakir Həsənbəyliyə xalqcebhesi.az-a deyib ki, lakin bu münaqişə xarakter etibarı ilə digər münaqişələrdən fərqlidir. Bu münaqişə nə topraq, nə də, iqtisadi dəhlizlər uğrunda deyil. HƏMAS-İsrail münaqişəsinin əsasında dini ideoloji problem durur. İsrail etiraf etməsə də, bu ölkə yalnız dünyəvi prinsiplərlə deyil, paralel olaraq dini dəyərlərlə də idarə olunur:
"Bəzən Qərb və Avropa dövlətləri radikalizmi, hətta terroru belə məqsədli şəkildə İslam dini ilə əlaqələndirirlər. Halbuki yəhudilərdə öz ideoloji prinsiplərindən imtina edənlər heç zaman bağışlanmır. 1993-cü ildə Osloda ikidövlətli həll razılaşmasından bir il sonra həmin dönəmin baş naziri İshaq Rabin Nobel Sülh Mükafatına layiq görülsə də, 1995-ci ildə Təl-Əvivdə meydanda çıxış edərkən ultrasağçı gənc tərəfindən müstəqil Fələtin dövlətinin yaranmasına etiraz əlaməti olaraq, gülələnərək qətlə yetirildi.
HƏMAS-da dini-ideoloji təşkilatdır. Bu təşkilat vahid deyil. Ayrı-ayrı hərbi, siyasi, ideoliji birliklərə malikdir. Artıq 18 ildir ki, Qəzzada idarəçiliyi ələ alan HƏMAS yerli xalqı öz ideolojisinə inandıra bilib. Təsadüfi deyil ki, HƏMAS-ın qətlə yetirilən son iki lideri Haniyə və Sinvarın tərcümeyi hallarına nəzər yetirəndə hər iki şəxsin doğum yeri qaçqın düşrgəsi olraq gösərilib.
Həzərə alsaq ki, hər iki şəxs qətlə yetirilərkən 62-63 yaşları var idi. Məsələyə bu istiqamətdən baxanda mövcud çadır şəhərciklərində minlərlə Haniyə və Sinvarların böyüdüyü qənaətinə gələrik. Ola bilsin ki, Qərbin təzyiqi ilə nə vaxtsa HƏMAS təşkilat olaraq özünü buraxdığını, hətta silahı yerə qoyduğunu elan edə bilər. Sözsüz ki, bu sadəcə ehtimaldır.
Lakin kimsə qaranti verə bilməz ki, HƏMAS başqa ad altında yenidən fəaliyyətə başlamayacaq. Dini-ideoloji münaqişələr yalnız tərflərdən birinin tam tükənməsindən və ya öz prinsiplərindən imtina etməsindən sonra baş verir. İstər HƏMAS, istərsə də, İsrail hələ ki, həmin problemlərlə üzləşməyib".
Cavid
16 Oktyabr 17:33
1 120
16 Oktyabr 16:49
1 155
16 Oktyabr 15:19
994