Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
6 Noyabr 2025 11:36
2 723
Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
Bunu xalqcebhesi.az-a prezidentliyə keçmiş namizəd, politoloq Fuad Əliyev deyib.
O, qeyd edib ki, Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki bütün hərbi strukturların, ayrı-ayrı qoşun növlərinin, hərbi birliklərin bölmələri, hərbi tədris müəssisələrinin kursantları keçdi. 44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük rolu var:
"Bu parad bir daha göstərəcək ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 22 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak edəcəyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi olacaq. Hərbi gücün praktik nümayiş etdirəcəyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artıracaq. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj olacaq".
Cavid
16 Oktyabr 17:33
1 106
16 Oktyabr 16:49
1 141
16 Oktyabr 15:19
980