Prezident: Ərazi bütövlüyünün bərpası Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoyub
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Tayvanı Vuran "Funq-vonq" qasırğası: 8300 insan təxliyə edilib
Azərbaycanın üç şəhərində işçilər etiraz aksiyası keçirdilər
10:15
1 008
Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğramasına səbəb texniki nasazlıq ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, Terror və təhlükəsizlik üzrə ekspert, istefada olan hərbçi Coşkun Başbuğ bu barədə "CNN Türk"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu model uzun illərdir ki, istifadə olunur və sonuncu dəfə təyyarə qəzası 1982-ci ildə baş verib. Ekspert qeyd edib ki, təyyarə modeli daha çox Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və ya hərbi yüklərin daşınması üçün geniş istifadə olunur.
"Belə bir sınaq təyyarəsinin texniki nasazlıq səbəbindən qəzaya uğraması ehtimalı varmı? Əlbəttə, mümkündür, amma ehtimalı kifayət qədər aşağı hesab edirəm", - Başbuq deyib.
Ekspert vurğulayıb ki, təyyarə Azərbaycana göndərilməzdən əvvəl hərtərəfli texniki xidmət və təmirdən keçməli idi. Onun fikrincə, qəzanın ikinci mümkün səbəbi pilot xətası ola bilərdi, lakin bu variant çətin və prioritet deyil.
Məryəm Quliyeva