İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
24 Noyabr 2025 23:37
1 827
"Son günlərin əsas müzakirəsi ABŞ Prezidenti tərəfindən Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Ukrayna tərəfinə təqdim olunan sənəddir. Faktiki olaraq bu sənəd kaputulyasiya aktıdır və Rusiyanın iştirakı açıq görünür".
Bunu deputat Elşad Musayev Xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.
Onun fikirlərinə görə, ABŞ Prezidentinin mövqeyidir və Ukrayna bununla razılaşmır: "Eyni zamanda, Avropa İttifaqı və Böyük Britaniya da sənədlə razılaşmayıb. Açıq-aydın görünür ki, beynəlxalq hüquq burada işləməyib, çünki bir dövlətin ərazisini işğal etmiş başqa bir dövlətə vermək hüququ yoxdur. Qərar yalnız Ukrayna xalqına aiddir və heç kəs onların adından danışa bilməz.Təqdim olunan layihə beynəlxalq hüquqa və BMT nizamnaməsinə ziddir, lakin beynəlxalq proseslərdə güc faktorları önəmli rol oynayır. “Bütün hallarda, Ukrayna xalqının qərarını gözləmək qalır".
Günel Elxan
25 Mart 18:25
1 379
25 Mart 15:09
1 337
25 Mart 13:50
1 946