“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Azərbaycanın bəzi rayonlarında güclü külək əsir, qar yağır - FAKTİKİ HAVA
“Suriya Demokratik Qüvvələri”nə qarşı yeni əməliyyat fevralda keçirilə bilər
Netanyahu və Rubio ABŞ-ın İranda mümkün müdaxiləsi mövzusunu müzakirə ediblər
Qalibaf: Vaşinqton hərbi hücuma keçərsə, İsrail və ABŞ ordusu qanuni hədəf olacaq
25 Noyabr 2025 11:02
1 981
İran İslam Respublikasının Xarici İşlər naziri Əbbas Əraqçının ölkəsinin nüvə proqramını davam etdirməkdə israrlı olduğunu bəyan etməsi regionda gərginliyin yenidən artmasına səbəb olub. XİN rəhbərinin ölkəsinin bu məsələdə israrlı olduğunu bəyan etməsindən sonra İsrail İran proksilərinə qarşı əməliyyatları intensivləşdirib. Bundan başqa İsrail Baş naziri Netanyahu İrana yönəlik hərbi əməliyyatların hər an başlama riskinin hələ də qaldığnı bəyan edib. İsrail – İran münaqişəsi yenidən başlaya bilərmi? – sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.
Politoloq bildirdi ki, 1979-cu ildən İranın özü üçün müəyyən etdiyi təhlükəsizlik və toxunulmazlıq zirehi artıq yoxdur. Bütün iddialarına və sərt ritorikalarına rəğmən bu ölkənin kəşfiyyat və hava hücumundan müdafiə sahəsində zəif nöqtələri qabarıq şəkildə 12 günlük müharibədə ortaya çıxdı. İran rəsmilərinin ritorikaları əsasən daxili auditoriya üçün nəzərdə tutulur.
Lakin unudulur ki, teokratik rejim illərlə daxili siyasətində yol verdiyi ciddi nöqsanlara görə əvvəlki sosial bazaya sahib deyil. İndiki İran əhalisnin böyük əksəriyyəti 2000-ci illərdəki İraq əhalisi düşüncəsindədir. Yəni o, zaman kimsə İraqda müttəfiq qoşunlarına qarşı döyüşmədi. Hər kəsin zehniyyətində bir məsələ öz əksini tapmışdı “İraq mənim yox, məhz Səddam və ailəinə məxsusdur. Mən Səddam üçün döyüşməyəcəm”.
İndiki İran əhalisidə İranın molla rejiminə məxsus olduğunu düşünür. Bu gün teokratik rejimin represiyasından qorxduqları üçün bu mövqe açıq şəkildə bəyan edilmir. Lakin rejim üçün təhlükə yarandığı anda bu məsələ özünü qabarıq formada göstərəcək. İsrail və ABŞ kəşfiyyatı bunu bilir. Düşünürəm ki, İran rəsmilərinin də bu məsələni dərk etmə zamanı yetişib. Bu düşüncəsizlik ikinci İsrail – İran müharibəsi ehtimalını reallığa çevirə bilər.
Cavid
9 Yanvar 22:15
1 617
9 Yanvar 22:05
1 652
9 Yanvar 21:59
1 841