11:28
469
“İsrailin Hizbullahın qərargahını bombalaması o deməkdir ki, İsrail münaqişəni yenidən qızışdırmağa çalışır. Çünki tərəflər arasında bir il bundan öncə anlaşma imzalanmış olduğu halda bu işin İsrail tərəfindən təkrar qızışdırılması açıq şəkildə yeni qarşıdurmadan xəbər verir. Bu, daha geniş müharibə ehtimalını yarada bilər. Hizbullahın əlində o imkanlar qalıb”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.
S.Hümbətov deyib ki, bu gün Hizbullah Livana nəzarət edə bilirsə, bu, o deməkdir ki, onun əlində ciddi bir imkan mövcuddur: “Demək olmaz ki, İsraili tam məğlub edə biləcək gücdədir. Tam məğlub edə biləcək gücdə olmasa da sarsıdıcı zərbə vura biləcək gücdədir. Ona görə də düşünürəm ki, bu cür halların olması, yəni İsrailin atəşkəsi pozması növbəti dövrdə Hizbullahın əlində imkan formalaşdırır ki, İsrail hər an atəşkəsi poza bilər və mümkün variantda Hizbullahın İsrailə qarşı əks cavab etmə ehtimalı var. Düşünürəm ki, bu da regionda gərginliyin artması deməkdir. Məncə hətta Hizbullah dayansa belə İsrail dayanmayacaq. Çünki ortada bir plan var və o plan üzrə müəyyən bir ərazilərin işğalı ehtimalı var. Ona görə də düşünürəm ki, İsrail bundan sonra da bu cür atəşkəsin pozulması vəziyyətini yarada bilər”.
Röya İsrafilova