23:21
196
“Ermənistan–Avropa İttifaqı xətti üzrə aparılan müzakirələrin nəticəsiz qalmasını şərh edərək bildirib ki, bu proseslərin mahiyyəti daha çox imitasiya xarakteri daşıyır və Ermənistanın öz ictimai rəyini yönləndirməyə hesablanmış addımlarından ibarətdir”.
Bunu millət vəkili Fazil Mustafa Xalqcebhesi.az-a açıqlaması zamanı söyləyib.
Onun fikrincə, Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqının qlobal təsir gücü ciddi şəkildə zəifləyib və Aİ artıq cəlbedici güc mərkəzi təsiri bağışlamır: “ABŞ belə bir çox hallarda Rusiyayla münasibətlərdə Avropanı önə verərək, onu Moskvanın qarşısına çıxarılan vasitəçi aktora çevirməyə çalışıb. Bu isə Avropa Birliyinin mövqeyini daha da zəiflədib və Ermənistanın Brüsselə inteqrasiya niyyətlərini real perspektivdən uzaqlaşdırıb.
Fazil Mustafa bildirib ki, Ermənistan bu prosesləri sadəcə uzadır, Avropanı yola vermək üçün müzakirələri davam etdirməyə çalışır, lakin nəticə arzuolunan səviyyədə deyil.Azərbaycanın bu aldadıcı siyasi oyunların içində olmaması ölkəmiz üçün ciddi üstünlükdür. “Biz öz yolumuzu seçməli, öz gücümüzə arxalanmalı və süni hədəflərin ardınca düşməməliyik”.
Günel Elxan