22:10
392
“Ukrayna-Rusiya danışıqları ilə bağlı verilən pozitiv açıqlamalar, əslində, bütün məsələlərin tam həll edildiyi anlamına gəlmir”.
Bunu politoloq Oqtay Qasımov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.
Onun fikrincə, tərəflər arasında hələ də ciddi fikir ayrılığı yaradan, uzun müzakirə tələb edən əsas məqamlar mövcuddur: “Xüsusilə ərazilərdən imtina, NATO məsələsi və təhlükəsizlik təminatları Kiyev üçün ən həssas və prioritet şərtlər olaraq qalır. Ukrayna, hazırda nəzarətində olan ərazilərin Rusiya tərəfindən güzəştə gedilməsi mexanizmini də həyati vacib hesab edir. Bu tələblərin fonunda savaşın dayanması real görünmür. Ukrayna cəmiyyətindəki mövcud siyasi-hərbi ruh yüksəkliyi, eyni zamanda Rusiya ordusunun müxtəlif istiqamətlərdə irəliləyişində qarşılaşdığı ciddi maneələr Kiyevin mövqeyinin sərtləşməsinə səbəb olur”.
Açıqlamasında kompromis ehtimallarına da toxunan ekspert bildirib ki, ən real variant hazırkı təmas xətti üzrə atəşkəsin əldə olunması və bunun üzərindən danışıqların davam etdirilməsidir. Lakin onun fikrincə, Rusiyanın buna gedib-getməyəcəyi hələ də açıq sual olaraq qalır: “Moskvanın tələbləri kifayət qədər maksimalistdir və bu, prosesdə ən böyük maneədir.”
Günel Elxan