"Fitch" Azərbaycanın bank sektoru üzrə proqnozunu "neytral" qiymətləndirib
Pakistanda yerli icra administratorunun avtomobili atəşə tutulub, 4 nəfər ölüb
“Rosatom” Ermənistandakı AES-də təmir işlərini başa çatdırıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib - CƏDVƏL
İran məhkəməsi ABŞ-ı 22 milyard dollar məbləğində cərimələyib
12:59
875
Günəş ləkəsi qrupu 4294 ərazisi 1450 vahidə çataraq son 10 ildə ikinci ən böyükdür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Əvvəllər 4294-cü bölgədə güclü partlayışlar qeydə alınıb.
"Bu səhər 4294 nömrəli kompleksin mərkəzi qrupu 1450 vahid sahəni ölçüb və bu, 2015-ci ildən bəri Günəşdə müşahidə edilən ikinci ən böyük fərdi qrup olub. Daha böyük aktiv bölgə olan 3664 bu dövrdə yalnız bir dəfə, 2024-cü ilin may ayında müşahidə edilib. Məhz bu bölgə 20 ilin ən güclü maqnit fırtınasına səbəb olub", - deyə hesabatda bildirilir.
Günəşdə üç qrupdan - 4294, 4296 və 4298-dən ibarət "nəhəng günəş ləkələri kompleksi" müşahidə olunur.
"Kataloqda süni şəkildə üç nömrəyə bölünməsinə baxmayaraq, fiziki olaraq vahid strukturu təmsil edən kompleksin ümumi sahəsi bu gün səhər saatlarında 2000 vahidi keçərək 2200 vahidə çatıb. Bu, artıq 21-ci əsrdə bir neçə dəfə müşahidə edilən rekord göstəricilərə yaxınlaşır", - hesabatda qeyd olunub.
Buna baxmayaraq, günəşin aktivliyinin aşağı səviyyədə qaldığı dəqiqləşdirilir.
Məryəm Quliyeva