Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
2 Dekabr 2025 21:02
5 152
“Macarıstanın xarici işlər nazirinin açıqlaması Avropa və Rusiya arasında uzun müddətdir səsləndirilən qarşılıqlı ittihamlar və ssenarilərin reallığa çevrilməsinin əlamətidir”.
Bu sözləri politoloq Aytən Qurbanova xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun fikrincə, Avropa İttifaqı və kollektiv Qərb uzunmüddətli perspektivdə Rusiya ilə qarşıdurmanın qaçınılmaz ola biləcəyini artıq açıq şəkildə nəzərə alır: “Bəzi Avropa dövlətlərində hərbi hazırlıqların artırılması, əhalinin müharibəyə hazırlanması istiqamətində tədbirlərin görülməsi, həmçinin 2027-ci ilin sonuna qədər Rusiya ilə qaz alışının dayandırılması planları bu prosesin bir hissəsidir. Bu, Avropanın enerji təhlükəsizliyini təmin etmək və Rusiyanın təzyiq vasitələrini minimuma endirmək məqsədindən irəli gəlir.
Qurbanovanın sözlərinə görə, yaxın perspektivdə Rusiya-Ukrayna müharibəsinin tamamilə sona çatması və ya uzunmüddətli atəşkəsin təmin olunması real görünmür. Müharibənin uzanması həm Avropanın hərbi potensialını, həm də təhlükəsizliyini sınağa çəkir. Eyni zamanda Avropa Ukraynanı tam dəstəkləməklə Rusiyanın işğalçılıq siyasətinin məhdudlaşdırılmasına çalışmalı, əks halda yeni formalaşan dünya nizamında Rusiyanın güclü və qalib tərəf kimi qalması qaçılmaz olacaq”.
Günel Elxan
11 Sentyabr 19:39
1 547
11 Sentyabr 17:47
1 428
11 Sentyabr 14:25
1 603