16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
4 Dekabr 2025 22:53
1 561
“Azərbaycanla Avropa İttifaqı arasında strateji sahələrdə genişlənən əməkdaşlıq Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə ciddi töhfə verir”.
Bunu politoloq Əli Mustafa xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi, nəqliyyat və ticarət istiqamətləri üzrə inkişaf edən tərəfdaşlıq Azərbaycanın regional çəkisini artırır və ölkənin təhlükəsizlik təminatlarını gücləndirir:
“Azərbaycan balanslı və çoxvektorlu əməkdaşlıq modeli qurub ki, bu da həm nüfuzun artmasına, həm də sabitlik mühitinin qorunmasına xidmət edir.Ermənistan–Azərbaycan münasibətlərində sülh prosesinə də diqqət çəkib. O bildirib ki, Aİ hər iki ölkə ilə paralel əməkdaşlıq etdiyi üçün bölgədə sülhün təşviqində müəyyən vasitəçi rolu oynaya bilir.Aİ-nin Ermənistana göstərdiyi dəstək onun xarici asılılığını azaltmaq məqsədi daşıyır və bu, prosesə dolayı şəkildə müsbət təsir edir”.
Ekspert həmçinin regionda mövcud risklərə də toxunub. Onun fikrincə, Azərbaycanın şimal qonşusunun bölgədə dəyişən geosiyasi balansdan narahatlığı sülh prosesinə təsir edən mənfi faktorlardan biridir: “Azərbaycanın Türkiyə, Çin, Pakistan və digər tərəfdaşlarla əlaqələrinin dərinləşməsi ölkənin təhlükəsizlik təminatlarını daha da gücləndirir və regional sabitlik üçün əlavə imkanlar yaradır”.
Günel Elxan
08:10
14
16 Yanvar 21:29
1 876
16 Yanvar 20:47
1 946