“Mançester Siti”nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər
Gürcüstanın Azərbaycanla builki ticarət dövriyyəsi 1 mlrd. dolları üstələyib
“Fransadakı etirazlar növbəti prezident seçkilərinin taleyinə təsir göstərə bilər”
“Bu, əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin artırılması sahəsində böyük imkanlar yaradır”
5 Dekabr 2025 15:51
4 081
Almaniya kansleri Fridrix Merz dekabrın 9-da Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin sözçünün müavini Sebastian Hille bildirib.
"Çərşənbə axşamı saat 16:00 radələrində Almaniya kansleri Federal Kansleriyada Ermənistanın baş naziri Nikol Paşinyanı hərbi fəxri adlarla qarşılayacaq. Sonrakı danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər, Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə olunacaq", - Hille bildirib.
Onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı nəzərdə tutulub.
Məryəm Quliyeva