"İranı illərdir narahat edən Zəngəzur dəhlizi ilə bağlı prosesdir" Gündəm

"İranı illərdir narahat edən Zəngəzur dəhlizi ilə bağlı prosesdir"

İranın xarici işlər naziri Abbas Arakçı Azərbaycandır. Səfər çərçivəsində Arakçının Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmilərlə görüşü nəzərdə tutulub. Nəzərə alsaq ki, uzun müddətdir İran – Azərbaycan münasibətlərində soyuqluq müşahidə edilir və bu ərəfədə İran XİN başçısının səfəri nəyi dəyişə bilər? – sualı ilə politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, İran – Azərbyacan münasibətlərindəki soyuqluğun səbəbi bilavasitə İranla bağlıdır. Azərbaycan dövləti hər zaman qonşularla bərabər hüqüqlu, səmimi münasibətlərin tərəfdarı olub. Lakin bu münasibəti İranla bağlı demək olmaz.

Qeyri-səmimilik İran siyasətində prioritetdir. Bəzən siyasilər, bəzən də parlamentarilər Azərbaycanla bağlı utopik iddialar səsləndirirlər. Hərbi kontingentin ritotikası isə hədə-qorxu senariləri ilə zəngindir. Bu mövqe yalnız Azərbaycan üçün deyil, umumiyyətlə İran tərəfinin ritorik göstəriciləri budur.

Reallıqda isə İranın vəziyyəti 12 günlük müharibədə özünü tam çılpaqlığı ilə göstərdi. İran heç zaman siyasətində səmimi ola bilmir. Mollalar daim xəyali düşmən axtarışındadırlar. Sanki bu dövlət inkişafın ən yüksək pilləsinə nail olub və dünya bu inkişafdan narahatdır. Əslində isə İran dövləti sadəcə daxili auditoriya üçün manipulyasiyalarla məşğuldur.

Bu siyasət dünya üçün təsadüfi hesab edilmir. Bütün avtoritar, diktatura və teokratik rejimlər məhz öz auditoriyaları üçün bu cür manipulyasiyalar edirlər. Lakin yuxarıda qeyd etdiyim kimi Azərbaycan hər zaman bərabər hüquqlu münasibətlərin tərəfdarı olub. Sözsüz ki, Arakçının səfəri zamanı qarşılıqlı ticarət dövriyyəsi, sərhəd təhlükəsizliyi, loqistika və ən başlıcası isə Zəngür dəhlizi məsələləri müzakirə oluna bulər. Əvvəla İranın qonşu ölkə olmasına rəğmən ticarət dövriyyəsi bir o, qədər də yüksək deyil.

Bu məsələ hər iki ölkə üçün prioritet məsələ siyahısında olmalıdır. Sərhəd təhlükəsizliyi ilə bağlı məsələ də əsas müzakirə mövzularından birdir. Çünki Azərbaycanda sərhəd pozuculuğu cəhdləri məhz İran tərəfindən olunur. Bunun da, ən böyük natahatçılıq yaradan tərəfi narkotik qaçaqmalçılığıdır. Azərbaycan tərəfi bu məsələ ilə bağlı İran tərəfi ilə həll variantlarını müzakirə edə bilər. İran Azərbaycan quru sərhədləri uzun müddətdir ki, bağlıdır. Sərhədlərin açılması ilə bağlı müzakirələr də masada ola bilər. Ən başçılcası isə İranı illərdir narahat edən Zəngəzur dəhlizi ilə bağlı prosesdir. Düşünürəm ki, Azərbaycan tərəfi növbəti dəfə bu dəhlizin nəinki region, o, cümlədən dünya üçün vacib olmasını qonşu dövlət rəsmisinə izah edəcəkdir.

Lakin burada hər şeyə “oldu” deyən İran rəsmisinin ölkəsinə qayıtdıqdan sonra həmin mövqedə qalması da, şübhəlidir. Çünki biz belə siyasətin dəfələrlə şahidi olmuşuq.

Cavid