
“Almaniya Kansleri Fridrix Merts İsrailin Qәzza şәhәrinә yönәlik 2 ildәn çoxdur davam edәn müharibәsinin kölgәsindә İsraili ziyarәt edib. Netanyahu ilә görüşmәsindә Merts Almaniyanın xarici siyasәtindә İsrailin nә qәdәr önәmli olduğunu vә İsrailin tәhlükәsizliyinin tәmin edilmәsindә Avropa qitәsinin dә üzәrinә iş düşdüyünü vurğulayıb. Merts "iki dövlәtli çözümdən" bәhs etsә dә Fələstin dövlәtinin hazırkı beynәlxalq situasiyada tanınmasının mümkün olmayacağını, bunun ancaq sülh müzakirәlәrinin “başında deyil, sonunda" ola bilәcәyini dәyib. Multimilyaner Kansler bu açıqlamasıyla Fələstin dövlәtinin Almaniya tәrәfindәn tanınmasının bir şәrtә bağlı olduğunu vә bu şәrtlәrin dә İsrailin əlindә olduğunu açıq bir şəkildə etiraf edib. Çünki Fələstin dövlәtinin tanınmasını hәr hansı bir şәrtә bağlamaq nә beynәlxalq hüquqa, nә dә əxlaqa uyğun bir siyasәtdir. Tam tәrsinә, Fələstin dövlәtinin tanınması mәsәlәnin bütün yönlәri baxımından dövlәtlәr üçün yükümlülükdür. Son 2 ildә Fələstin torpaqlarında yaşananlar fələstinlilәr üçün dövlәtin nә qәdәr önәmli olduğunu bütün bәşәriyәtә bir daha göstәrib”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Anar Əli söyləyib.
O qeyd edib ki, Almaniyanın İkinci Dünya müharibәsindәn bu yana İsraili qorumaq vә dәstәklәmәk siyasәti bu beynәlxalq yükümlülükdәn qaçmaqla paralellik təşkil edir: “Qәzzada 2 ildәn çoxdur davam edәn sistematik qәtliam siyasәti Almaniya hökuməti tәrәfindәn dәstәklәndi vә bu müddәt әrzindә İsrail Almaniya tәrәfindәn özәl bir rәftar gördü. Almaniyanın Fələstin dövlәtini tanımamasının vә radikal bir şəkildə İsraili dәstәklәmәsinin tarixi vә siyasi bir çox sәbәbi var. İlk olaraq İkinci Dünya müharibәsindә Nazi Rejiminin Yəhudi xalqına yönәlik soyqırımı Almaniyanı bugünkü İsrail siyasәtinә mәcbur qoyur. İsrail lobbisinin Almaniyadakı gücü bu tarixi travmanı hәr zaman ön planda tutur vә Almaniyaya soyqırım keçmişini xatırladaraq bunun bәdәlini artıqlamasıyla alır. Bu bәdәlin qarşılığı olaraq da "İsrailin qorunması" Almaniyanın öncәlikli xarici siyasәt mәsәlәlәrindәn biri olur”.
Ekspert əlavə edib ki, digәr bir sәbәb İkinci Dünya müharibәsindәn sonra Almaniya vә ABŞ arasındakı münasibәtlәrin asimmetrik şəkildə Almaniya əleyhinә qurulması oldu: “Xarici siyasәt vә tәhlükәsizlik mәsәlәlәrindә ABŞ-yə bağlı siyasәt Almaniyanın xarici siyasәtindә İsrail dәstәyinin bir digәr sәbәbidir. İsrail lobbisinin xarici siyasәt üzәrindә ən güclü tәsirinin olduğu ABŞ ilә münasibәtlәrini pisləşdirmәk istәmәyәn Almaniya, İsraili hәr platformada dәstәklәyәrәk anti-fələstin ritorikasını xarici siyasətinin ayrılmaz parçasına dönüşdürüb. Almaniyanın Fələstin dövlәtinin tanınmasını şәrtә bağlayan qeyri-etik siyasәtinin arxasında bu tarixi vә siyasi sәbәblәr dayanır. Merts iki dövlәtli çözümün şәrtlә bağlı olduğunu deyərək, әslindә, “bir gün İsrail Fələstin dövlәtini tanısa Almaniya da tanıyacaq” demәk istәyir. Bunun da mümkün olmayacağını bilirik”.
Röya İsrafilova