Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
9 Dekabr 2025 20:39
2 534
“Ermənistan və İran son dövrlər regional problemlərin 3+3 formatında müzakirəsinə daha çox diqqət ayırmağa başlayıblar. Bundan əvvəl də bu platforma çərçivəsində görüşlər keçirilib. Lakin əsas maneə Gürcüstanın Rusiya ilə bir masa arxasında əyləşmək istəməməsidir. Tbilisi bunu Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi ilə izah edir. 3+3 formatı zahirən ən məqbul regional model olsa da, daxili siyasi ziddiyyətlər bu mexanizmin tam gücü ilə işləməsinə imkan vermir”.
Bunu Xalqcebhesi.az-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu söyləyib.
Ə.Oruclunun sözlərinə görə, İran və Rusiya regionda gedən proseslərə, xüsusilə də Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına və Zəngəzur dəhlizinin açılmasına destruktiv mövqedən yanaşırlar:
“Bunun əksinə olaraq Türkiyə bölgədə sabitliyin və inteqrasiyanın gücləndirilməsinə çalışır. 3+3 formatı çərçivəsində növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsi iki ölkə arasında normallaşma prosesinə müsbət təsir göstərə bilər. Tərəflərin müxtəlif platformalarda daha çox təmas qurması qarşılıqlı etimadı gücləndirən mühüm faktordur. Etimad mühiti nə qədər möhkəm olarsa, sülh prosesinin davamlılığı da bir o qədər təmin olunar.Cənubi Qafqazda mövcud problemlərin həlli regional ölkələrin iştirakı və birbaşa müzakirəsi ilə daha səmərəli şəkildə əldə oluna bilər. Kənar güclərin müdaxiləsi isə rəqabəti qeyri-sağlam və qeyri-konstruktiv istiqamətə yönləndirir. Diplomatik təmaslar ən düzgün yoldur. Azərbaycanın mövqeyi aydındır – Bakı sülh gündəliyinə sadiqdir və danışıqlara açıqdır. 3+3 formatında görüşlərin Bakıda və ya İrəvanda keçirilməsi bizim üçün heç bir problem yaratmır”.
Günel Elxan
11 Sentyabr 19:39
875
11 Sentyabr 17:47
889
11 Sentyabr 14:25
1 050