11:16
448
Hazırda dünyada gedən proseslər: Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərq, Asiyada, Hind Okeanı hövzəsində, ABŞ–Venesuela, Cənubi Qafqazda və sair konflikt və qarşıdurmalar formaca müxtəlif olsa da, mahiyyətcə eyni geosiyasi savaşın tərkib hissələridir.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, heç bir regional münaqişə artıq lokal xarakter daşımır. Dünya güclərinin qlobal səviyyədə apardığı böyük geosiyasi mübarizə hər regionu bir cəbhə xəttinə çevirib. Bütün bunlar ABŞ, Çin, Rusiya, Avropa arasında gedən strateji qarşıdurmanın müxtəlif fazalarıdır:
"Hətta Hindistan da fərqli konfliktlərə müdaxilə etməklə özünü qlobal güc kimi göstərməyə çalışır. Regionun coğrafiyası dəyişsə də, proseslərin mahiyyəti dəyişmir: dünyanın yeni güc arxitekturası formalaşır və hər bir konflikt bu arxitekturanın ayrılmaz elementi kimi çıxış edir.
Demək olar ki, bütün qlobal çəkişmələr bir-biri ilə sıx bağlıdır və regional qarşıdurmalar bütövlükdə dünya geosiyasi nizamının dəyişməsində istifadə olunur".
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Rusiya–Ukrayna müharibəsində faktiki olaraq Ukraynanı kapitulyasiyaya məcbur etməsinin təbii ki, öz geosiyasi hədəfləri var. Əsas məqsəd Çinin sürətli inkişafını məhdudlaşdırmaq üçün onun faktiki xammal bazasına çevrilən Rusiyanı ondan ayırmaq və özünə tərəf çəkməkdir.
Cavid