Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi: Özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır -MÜSAHİBƏ
İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
18 Dekabr 2025 19:19
5 950
“Berlində ABŞ–Ukrayna görüşündən sonra Avropa İttifaqı liderləri ilə təmasların davam etdirilməsi prosesdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, zaman-zaman ABŞ, Avropa İttifaqı və Ukraynanın eyni mövqedən çıxış etdiyini görsək də, müəyyən mərhələlərdə Vaşinqtonun prosesdən kənara çəkildiyi və ya tərəflər arasında məsafənin yarandığı müşahidə olunub”.
Bu sözləri politoloq Əli Mustafa Xalqcəbhəsi.az-a açıqlaması zamanı söyləyib.
Politoloq qeyd edib ki, son görüşlərdə tərəflər bir sıra vacib məqamları aydınlaşdırmağa nail olublar: “Rusiyanın planları müzakirə olunarkən aydın görünür ki, Moskva Ukraynanın işğal etdiyi ərazilərdən geri çəkilmək fikrində deyil. Əksinə, Rusiya Ukraynanı bütövlükdə nəzarət altına almaqda israrlıdır. ABŞ tərəfi də təqdim olunan sübut və arqumentlərdən sonra Avropa İttifaqı ilə eyni mövqedə dayanmağa başlayıb.Donald Trampın son açıqlamaları da bu reallığı təsdiqləyir.Tramp açıq şəkildə bildirir ki, Rusiya müharibəni dayandırmaq istəmir və Ukraynanı tam işğal etməyə çalışır. Eyni zamanda, bu müharibənin Rusiya üçün böyük itkilərlə müşayiət olunduğunu da etiraf edir”.
Politoloq çoxmillətli qüvvələrin Ukraynaya yeridilməsi məsələsinə də toxunaraq bildirib ki, bu addım regionda güc balansını Qərbin xeyrinə dəyişə bilər: “Rusiya bunu yaxşı anlayır və məhz buna görə də bu ideyaya qəti şəkildə qarşı çıxır. Hazırda bu məsələ müzakirə olunsa da, real mərhələyə keçməyib və daha çox siyasi prosesin bir hissəsi kimi dəyərləndirilməlidir.Yaxın perspektivdə müharibənin dayanması ehtimalı azdır. Böyük ehtimalla savaş davam edəcək. Növbəti mərhələnin nə vaxt başlayacağı və bu prosesdə Trampın hansı rolu oynayacağı hələlik qeyri-müəyyəndir. Ancaq bir məsələ dəqiqdir ki, Ukrayna və ABŞ nümayəndələri, o cümlədən hərbi dairələr arasında danışıqlar Amerikada davam etdiriləcək və Vaşinqton hələlik sülh təşəbbüslərindən imtina etmir”.
Günel Elxan