İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
22 Dekabr 2025 11:44
3 017
Çin ABŞ tərəfindən xarici gəmilərin özbaşına saxlanılmasına və qanunsuz birtərəfli sanksiyaların tətbiqinə qəti şəkildə qarşı çıxır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə bildirib.
Diplomat vurğulayıb ki, "Amerika tərəfinin digər ölkələrin gəmilərini özbaşına saxlamaq hərəkətləri beynəlxalq hüququ ciddi şəkildə pozur". Onun sözlərinə görə, Pekin BMT Təhlükəsizlik Şurasının heç bir beynəlxalq hüquqi əsası və ya mandatı olmayan birtərəfli sanksiyalara qarşı davamlı olaraq çıxış edir.
Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, bu cür addımlar BMT Nizamnaməsinin məqsəd və prinsiplərini pozur və digər dövlətlərin suverenliyinə və təhlükəsizliyinə xələl gətirir. Çin tərəfi Venesuelanın müstəqil inkişaf və normal beynəlxalq əməkdaşlıq hüququnu dəstəklədiyini bildirib.
Məryəm Quliyeva
25 Mart 18:25
1 379
25 Mart 15:09
1 337
25 Mart 13:50
1 946