“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
30 Dekabr 22:36
532
“Son baş verən hadisələr fonunda Rusiya–Ukrayna müharibəsinin gedişatında diplomatik həll gözləntiləri real deyil”.
Bu fikri politoloq Elman Vəliyev Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Elman Vəliyev deyib ki, vəziyyət klassik hərbi müharibədən daha çox, məqsədi tam aydın olmayan genişmiqyaslı qarşıdurmanı xatırladır:
“Bu müharibənin gedişatında diplomatik nəsə gözləmək artıq absurd görünür. Xüsusilə də belə bir hadisədən sonra Rusiya misilləmə xarakterli cavab verəcək. Açığı, bu tam olaraq adi müharibə deyil. Tərəflərin məqsədi başqadır və bunun mahiyyətini dəqiq müəyyənləşdirmək çətindir. Onu yalnız özləri bilir. Sadəcə proseslərə nəzər salaraq fikir yürütmək olur. Qarşıdakı mərhələdə daha sərt hərbi addımların şahidi olmaq ehtimalı böyükdür.
Bu prosesin növbəti fazası mütləq olacaq. Hazırda tərəflər gözləmə mövqeyindədir. Amerika da əvvəlki kimi diplomatik vasitəçiliyə və sülh təşəbbüsünə can atmır. Bu isə o deməkdir ki, yaxın vaxtlarda masa arxası danışıqlardan çox, güc nümayişi və hərbi reaksiyalar görəcəyik”.
Günel Elxan
30 Dekabr 23:00
441
30 Dekabr 22:59
455
30 Dekabr 22:37
490