“Ev paylanması mərhələli aparılacaq” Gündəm

“Ev paylanması mərhələli aparılacaq”

“Proses mərhələli şəkildə aparılmalı və ilkin növbədə həqiqətən ehtiyacı olan real ailələr təmin olunmalıdır”.

Bunu sosioloq Elçin Bayramlı xalqcebhesi.aza açıqlamasında bildirib.

Elçin Bayramlı qeyd edib ki, bəzi hallarda 18 yaşını keçmiş uşaqlar və ayrı-ayrı müraciət edən şəxslər eyni ailənin üzvü olaraq bir neçə ev almağa çalışa bilər ki, bu, başqalarının hüquqlarına toxunur:

“İlkin mərhələdə dövlət çalışır ki, Qarabağdan köçmüş ailələr öz evlərinə qaytarılsın. Sonrakı mərhələdə onların evlənmiş uşaqları və ayrıca təsərrüfat yaratmış ailələri də mərhələli şəkildə təmin olunacaq. Amma birdən-birə hərəyə bir ev vermək mümkün deyil. Burada ədalətli yanaşma vacibdir. Dövlət imkanları məhduddur və prosesin bütün detallarını nəzərə alır. Sui-istifadə hallarına yol verilməməlidir.Əvvəllər saxta evliliklər, saxta boşanmalar və digər sənədlərlə dövlət tərəfindən mənzillər əldə edilməyə çalışılıb. Bu dəfə də proses ədalətli və şəffaf aparılmalıdır. Real ailələr öz haqlarını alacaq, lakin başqalarının hüquqlarına toxunmaq və şəxsi maraq üçün şou yaratmaq qəbuledilməzdir. Proses birbaşa Prezidentin nəzarətindədir və hər hansı neqativ hallara qarşı ciddi tədbir görüləcək.
Sakinlər səbrli və ədalətli olmalı, başqalarının haqqını da nəzərə almalıdırlar.Əgər kimsə haqsızlıqla üzləşərsə, bu məsələ ictimailəşdirilib, dövlət orqanları ilə həll edilə bilər. Amma əsas prinsiplər mərhələli və ədalətli olmalıdır”.

Günel Elxan