6 Yanvar 09:29
1 050
İranda yaşanan hadisələr Qərbin İran iqtisadiyyatına, onun maliyyə bank sektoruna və əlbəttə, yanacaq sənayesinə münasibətdə tətbiq etdiyi sanksiyaların daha da, gücləndurilməsi, iqtisadi embarqonun əhalinin maddi durumunda, habelə İran pulunun alıcılıq qabiliyyətinin aşağı düşməsi, inflyasiyanın yüksəlməsi fonunda yaşanan proseslərdən irəli gəlir.
Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib.
O, qeyd edib ki, İran siyasi elitasında mövcud durumu doğuran xarici siyasət, habelə sosial iqtisadi faktorlara münasibətdə fərqli yanaşmalar siyasi böhranın nəticəsi olaraq hakimiyyətin mühafizəkar və islahatçı qanadları arasında mübarizıni kəskinləşdırıb:
"İran prezidenti Pezeşkian yaranmış vəziyyətin səbəbini dövlət idarəedicilindəki bəlli amillərlə əlaqələndirərək hakimiyyətin bir adamın əlində cəmləşməsinı mövcud duruma ağırlaşdıran hall kimi səciyyələndirib" .
Xatırladaq ki, İranda ümumölkə etirazları demək olar ki, bütün ölkəyə yayılaraq 78 şəhərdə davam edir. Bu etirazlarda ölənlərin sayı da artmaqdadır: son məlumatlara görə, yaralananların sayı 50-ni keçib.
Cavid