“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
9 Yanvar 12:18
3 850
“İran hazırda dünyanın diqqət mərkəzindədir. Amma açığı hakimiyyət dəyişikliyini proqnozlaşdırmıram, amma bu etirazların nəticələrinin olacağını düşünürəm. İstənilən halda belə aksiyaların olması lazım idi. Cənub qonşumuza tətbiq olunan sanksiyalar sosial durumu çox çətinləşdirmişdi”.
Bunu xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya başqanının müavini, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.
C.Abbaslı qeyd edib ki, eyni zamanda, xalq arasında gənc nəsil yetişmişdi və onlar müasirlik istəyirlər: “Bu isə molla rejiminin mövcudluğunda mümkün deyil. Amma istənilən halda bu proseslərin arxasında Amerika dayanır və bu səbəbdən hazırkı aksiyaların hakimiyyət dəyişikliyi ilə nəticələ biləcəyi real görünmür. Sadəcə etirazçıların müəyyən tələbləri yerinə yetiriləcək və bu da qələbə kimi qəbul olunacaq. Aksiyaların bu gün 12-ci günüdür”.
O, bu etirazların uzun müddət davam etməyəcəyini düşünür: “Uzağı bir həftəyə səngiyəcək. Bunun başqa alterenativi də yoxdur. Çünki İran əhalisinin sayına baxanda heç 5 faiz meydanlara axışmayıb. Bununla dəyişiklik mümkün deyil. Hökumət də səhvlərini prezident səviyyəsində belə etiraf edirsə, demək əhalinin lehinə müəyyən qərarlar qəbul edəcək və bununla proseslər tamamilə səngiyəcək”.
Röya İsrafilova
9 Yanvar 22:15
861
9 Yanvar 22:05
840
9 Yanvar 21:59
931