12 Yanvar 21:14
3 878
“ABŞ-ın son dövrlər sərgilədiyi davranışların məntiqini anlamaq üçün Vaşinqtonun hansı strateji məqsədlər güddüyünü düzgün dərk etmək lazımdır. Amerika Birləşmiş Ştatları çoxlarının düşündüyü kimi yeni dünya nizamı formalaşdırmır. Əslində ABŞ qlobal dövlət modeli qurmağa çalışır”.
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu “XalqCəbhəsi.az”a açıqlaması zamanı bildirib.
Deputatın sözlərinə görə, yeni dünya nizamı anlayışı nəzəri baxımdan çoxmərkəzli, yəni multipolyar və üfiqi münasibətlər sisteminə əsaslanmalı idi: “Yeni dünya nizamı mümkün olan çoxsaylı güc mərkəzlərinin mövcudluğunu nəzərdə tutur. Bu, dövlətlərarası münasibətlərin üfiqi xarakter daşıdığı bir sistem deməkdir. Lakin ABŞ bu yanaşmanı qəbul etmir. Vaşinqton dünyanı şaquli münasibətlər sistemi kimi görür və bu sistemin zirvəsində özünü yerləşdirir.
ABŞ özünü qlobal dövlət kimi təqdim edir və beynəlxalq münasibətləri şaquli piramida şəklində formalaşdırmaq istəyir. Bu piramidanın başında isə məhz Amerika dayanır. ABŞ-ın beynəlxalq arenada atdığı addımlar yalnız bu konsepsiya çərçivəsində məntiqi izahını tapır.Hazırda dünyada baş verən proseslər göstərir ki, ABŞ yeni dünya nizamını deyil, qlobal dövlət nəzəriyyəsini reallaşdırmağa çalışır. Amerikanın davranışlarını anlamaq üçün onun nə istədiyini bilmək əsas şərtdir”.
Rubionin Kuba prezidenti ola bilməsi ilə bağlı səsləndirilən mülahizələrə toxunan Hikmət Babaoğlu burada da siyasi alt-məntiqin mövcud olduğunu bildirib:
“Marko Rubio ispan əsillidir. Ona görə də görünür, bu məntiqdən çıxış edərək istənilən ispandilli və portuqaldilli ölkəyə ABŞ prezidenti Rubionu layiqli namizəd kimi görə bilər. Mənə elə gəlir ki, bu fikrin altındakı siyasi məzmun məntiq etibarilə məhz bundan ibarətdir”.
Günel Elxan
10:35
693
25 Mart 18:25
1 400
25 Mart 15:09
1 358