15:21
994
İsrail tankları Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının bir hissəsi olaraq Livanın cənubunda yerləşdirilən İspaniya sülhməramlılarından ibarət patrul xidmətinə atəş açıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "El País" nəşri məlumat yayıb.
Müdafiə qərargahının məlumatına görə, nəticədə heç kim xəsarət almayıb.
Nəşr bildirib ki, "Saat 16:30 radələrində üç İsrail tankı general Antonio Bernal Martinin komandanlığı altında İspaniya batalyonunun məsuliyyət zonasında, sözdə bufer zonasının şimalında mövqeləri tutarkən ciddi bir hadisə baş verib".
Nəşrin qeyd etdiyi kimi, tanklar bufer zonasını tərk etdiyi üçün cavab olaraq, İspaniya patrulu onların hərəkətlərini izləmək üçün Əl-Xiam şəhərinin cənubuna yola düşüb.
"El País" yazır ki, "İspaniya Müdafiə Qərargahının məlumatına görə, həmin anda İsrail tankları əsas silahlarından, 105 mm və ya 120 mm-lik topdan üç atəş açıb və mərmilər patruldan 150 ilə 380 metr arasında düşüb".
Sülhməramlılar təhlükəsiz zonaya çəkiliblər. Daha sonra İsrail Müdafiə Ordusunun tankları Livan ərazisində əvvəlki mövqelərinə qayıdıblar. İspan patrulu isə Mərjayunda yerləşən Migel de Servantes bazasına dönüb.
Məryəm Quliyeva