18:56
476
“Məktəblərin və uşaqların yaxınlığında tütün məmulatları, alkoqollu və energetik içkilərin açıq şəkildə vitrinlərdə satılması ciddi sosial problem olaraq qalır”.
Bu fikirləri Elçin Bayramlı “Xalqcəbhəsi.az”-a açıqlamasında bildirib.”
Onun sözlərinə görə, bir çox xırda dükanlarda bu məhsullar uşaqlara rahatlıqla satılır və “atama alıram, əmimə alıram” kimi bəhanələr göstərilir. Halbuki 18 yaşadək şəxslərə satışı qanunla qadağandır. “Cərimələr tətbiq olunur, amma effekt kifayət etmir:
“İctimai nəzarət bu məsələdə həlledici rol oynaya bilər. “Xarici ölkələrdə vətəndaşlar qanunu pozan şəxsləri orqanlara şikayət edir və cəzalanmasına nail olur. Bizdə isə vətəndaşlar buna yetərincə diqqət yetirmir. Əgər insanlar iradlarını bildirər, etiraz edər və cəzanın tətbiqinə nail olarsa, dövlət nəzarəti daha effektiv olar”.
Sosioloq həmçinin texniki tənzimləmələrin də əhəmiyyətini vurğulayıb: “Məsələn, köşklərdə siqaret açıq şəkildə uşaqların gözünün qarşısında olmamalıdır. Belə normativlər tətbiq olunarsa, uşaqların bu məhsulları görməsi məhdudlaşar, satışı azalır, böyüklər isə uşaqlara siqaret verməkdən çəkindir. Dövlət nəzarəti ilə təkbaşına bunu təmin etmək praktiki deyil, vətəndaşların rolu vacibdir. Dövlət orqanları ilə vətəndaşların birgə nəzarəti olmadan bu problem həll olunmayacaq”.
Günel Elxan