09:47
1 274
ABŞ-ın beşinci nəsil F-35 Lightning II qırıcısı Yaponiya ərazisi üzərində uçuş zamanı qəza siqnalı verib və az sonra Sakit okean üzərində radarlardan itib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Life.ru" SHOT Telegram kanalına istinadən xəbər verir.
Mənbənin məlumatına görə, söhbət F-35A modifikasiyasından gedir. Uçuş zamanı təyyarə göyərtədə fövqəladə vəziyyəti bildirən və dispetçer xidmətləri ilə təcili yardım bölmələrinin dərhal reaksiya verməsini tələb edən 7700 kodunu ötürüb. Bir müddət sonra isə hava gəmisi radiolokasiya sistemlərində görünməz olub. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.
Mümkün qəza ilə bağlı məlumatlar Flightradar xidmətinin qeydləri ilə də təsdiqlənir – servis fövqəladə siqnalın verildiyini qeydə alıb. Pilotun taleyi və təyyarənin qalıqları barədə rəsmi məlumat hələ daxil olmayıb.
Məryəm Quliyeva