“Tramp dövründə hər an hərbi ssenari işə düşə bilər”
19 Yanvar 22:30
19 Yanvar 22:30
19 Yanvar 22:14
19 Yanvar 20:31
19 Yanvar 22:30
595
“Donald Tramp administrasiyası dövründə qlobal təhlükəsizlik mühiti son dərəcə qeyri-sabit və proqnozlaşdırılması çətin mərhələyə daxil olub”.
Bunu politoloq Vaqif Hüseyn Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın “Abraham Lincoln” aviadaşıyıcı gəmisinin Yaxın Şərqə göndərilməsi gözlənilməz qərar deyil və Tramp hakimiyyətinin güc üzərindən siyasət yürütməsinin açıq göstəricisidir: “Bu addım bölgədə gərginliyin daha da artmasına xidmət edir. Bu məsələ birbaşa İran daxilində hadisələrin inkişafından asılıdır. Hazırda İranda mərkəzi hakimiyyət və mövcud rejim kifayət qədər güclü görünür. Belə bir şəraitdə ABŞ-ın açıq hərbi müdaxiləyə gedib-getməyəcəyi hələ də qeyri-müəyyəndir. Lakin Tramp iqtidarının hətta NATO-dakı müttəfiqlərinə qarşı – Qrenlandiya məsələsində olduğu kimi – ərazi iddiaları irəli sürməsi onu göstərir ki, hərbi ssenarini tam istisna etmək olmaz”.
Politoloq vurğulayıb ki, hazırda beynəlxalq münasibətlər sistemində diplomatik kanallar arxa plana keçir:
“Bu gün böyük dövlətlər bir-biri ilə dialoq və əməkdaşlıq dili ilə deyil, daha çox güc nümayişi və savaş ritorikası ilə danışırlar. Belə bir mühitdə hər bir ssenarinin baş verməsi mümkündür.ABŞ-da 24 saatlıq hərbi hazırlıq əmrlərinin verilməsi qlobal miqyasda eskalasiya riskinin artdığını göstərir və bu, yaxın dövrdə beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yarada bilər”.
Günel Elxan
19 Yanvar 22:14
651
19 Yanvar 20:31
945
19 Yanvar 17:21
1 526