Orban: Aİ liderləri Ukrayna naminə bütün Avropanı borca salacaqlar Gündəm

Orban: Aİ liderləri Ukrayna naminə bütün Avropanı borca salacaqlar

Avropa ölkələri Avropa Komissiyasının Ukraynanın maliyyələşdirilməsi üçün almaq istədiyi vəsaitləri heç vaxt geri ala bilməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib və Kiyevin avropalılara borcunu qaytarmayacağı barədə xəbərdarlıq edib.

“Brüssel Ukraynanın maliyyələşdirilməsi naminə bütün Avropanı borca salacaq”, — deyə hökumət başçısı Facebook-da yazıb.

O qeyd edib ki, Aİ liderləri icma ölkələrinin ümumi borcu hesabına Kiyevə çoxmilyardlıq yardım göstərmək niyyətindədirlər. Bu planı təkcə Brüsseldəki rəhbərlik deyil, həm də Macarıstanın müxalif “Tisa” partiyası dəstəkləyir.

“Onlar deyirlər ki, bu qaytarılacaq kreditdir. Mən isə deyirəm: ‘Qoy “Tisa” seçkilərdə ukraynalıların bu krediti qaytardığı qədər qalib gəlsin’”, — deyə Orban bildirib.

Məryəm Quliyeva