11:18
1 302
Kolumbiya prezidenti Qustavo Petro bildirib ki, respublikadan kənarda yaşayan narkobaronların adlarının yer aldığı siyahını amerikalı həmkarı Donald Trampa təqdim edib və onların birgə səylərlə təqib olunmasının vacibliyini vurğulayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Petro Vaşinqtonda ABŞ prezidenti ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Narkotika qaçaqmalçılığının ön cəbhəsində Dubayda, Madriddə, Mayamidə yaşayan şəxslər dayanır. Mən onların və onlarla əlaqəli adamların adlarını prezident Trampa verdim. Bunlar əsas başçılardır. Onların pulları Kolumbiyadan kənardadır və müxtəlif ölkələrin kəşfiyyat qurumları ilə əməkdaşlıq çərçivəsində birgə təqib olunmaları zəruridir”, – deyib.
Petronun fikrincə, transmilli narkotik ticarətinə qalib gəlmək üçün ilk növbədə cinayət zəncirlərinin başında duran şəxslər saxlanılmalıdır. O qeyd edib ki, bu şəxslər arasında kolumbiyalılar da var, lakin onlar əksəriyyət təşkil etmir.
Məryən Quliyeva