Ukraynanın Vinnitsa şəhərində partlayışlar olub
16 Oktyabr 17:33
16 Oktyabr 17:33
16 Oktyabr 14:33
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb -FOTO
Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
10 Fevral 15:46
3 388
“Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində Gömrük keçid məntəqəsinin açılması məsələsi əsasən növbəti danışıqların nəticəsindən asılı olacaq”.
Bunu iqtisadçı ekspert Rəşad Həsənov XalqCebhesi.az-a açıqlamasında bildirib.
Rəşad Həsənov vurğulayıb ki, yaxın aylarda məntəqənin açılması ehtimalı yüksəkdir: “Hazırda Azərbaycan birbaşa olaraq Ermənistanla ticarət əlaqələrini qurmağa başlayıb. Azərbaycan ərazisindən Ermənistana yüklər daşınır və hər iki ölkənin hökumət rəsmilərinin açıqlamaları göstərir ki, yekun sülh sazişi qısamüddətli dövrdə imzalanması mümkündür.
Bu proses xüsusilə Ermənistan üçün iqtisadi faydalar yaradacaq: “Ermənistan kiçik bir ölkədir və quru sərhədi ilə böyük bazara çıxış əldə edir. Bu, sərhəd bölgələrinin inkişafı, məhsulların daha əlverişli qiymətlə bazara çıxarılması və idxal imkanlarının genişlənməsi baxımından əlverişlidir. Eyni zamanda tranzit potensialı da artır. Hazırda kommunikasiya kanalları əsasən Gürcüstan üzərindən qurulub. Lakin Azərbaycan və Türkiyə arasında Ermənistan üzərindən tranzit imkanları standartlara uyğun struktur formalaşdırıldıqda və qarşılıqlı inam gücləndikdə, bu istiqamətdə daşıma xərcləri optimallaşdırıla və yük daşımalarının intensivliyi təmin oluna bilər. Nəticədə sahibkarlar üçün daha minimal xərclə məhsulların idxal və ixracı imkanları yaranacaq və rəqabət qabiliyyətinə müsbət təsir göstəriləcək.
Günel Elxan
16 Oktyabr 17:33
1 015
16 Oktyabr 16:49
1 057
16 Oktyabr 15:19
896