"İranla müharibə ABŞ-a baha başa gələ bilər" Gündəm

"İranla müharibə ABŞ-a baha başa gələ bilər"

Tramp İranla münasibətlərdəki problemlərin hərbi yolla həll etmək cəhdlərinin ABŞ-a baha başa gələcəyinin fərqindədir, onun özünün bu kimi məsələlərdə səriştəli olmadığı ekspertlərə bəllidir, sadəcə Pentaqon və Mərkəzi Kəşfiyyat idarəsindən Ag Evə sızdırılan məlumatlarda İranla müharibənin uzun və üzücü olacağ, eyni zamanda ABŞ-a baha başa gələcəyi ilə bağlı məlumatlar var, bu, məlumatlarda isə prezidentə İranla bağlı problemləri güc müstəvisi üzərində həll etmək tövsiyə olunmur.

Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, İranın hərbi aresenalındakı səsdən güclü ballistik raketlərin olması ABŞ-ın regiondakı hərbi bazaları üçün ciddi və kifayət qədər real təhlükədir, bundan əlavə Tehran hansı hərbi gücə malik olduğunu keçən yayın 12 günlük müharibəsi zamanı əyani şəkildə göstərdi, o zaman İsrailin öyündüyü "Dəmir dəbilqə" belə İranın ballıstik raketlərini tam mənada zərərsizləşdirə bilmədi:

"ABŞ və Böyük Britaniya tərəfindən məlum dəstək olmasaydı, İsrail özünün hava məkanının təhlükəsizliyini təmin etmək iqtidarında olmayacağı bəlli idi.

Bundan əlavə Çin və Rusiya tərəfindən İrana olan siyasi və hərbi dəstək regionun barıt çəlləyinə çevriləcəyini düşuüməyə əsas verir.
Bəlli problemlərlə üzbəüz qalan ABŞ Nerenyahu hökumətinin onu İrana qarşı müharibəyə təhrik etməsinə baxmayaraq son və qəti qərarı verməkdən çəkinir, ona görə də problemin danışıqlar yolu ilə həllini tapa biləcəyi ilə bağlı illyuziyalara varır və hamını da buna inandırmaq istəyir".

Cavid