İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
16 Fevral 21:52
3 752
“Fevral ayından etibarən havaların mövsüm normasından isti keçəcəyi gözlənilir və bu, qlobal istiləşmə prosesinə təsadüf edir”.
Bunu həkim ekspert Şahvələd Məmmədov “xalqcebhesi.az”a çıqlaması zamanı deyib.
Onun sözlərinə görə, dekabr-yanvar aylarında ölkəmizdə bir qədər soyuq hava müşahidə edilsə də, kəskin temperatur dəyişiklikləri insan orqanizminə müxtəlif təsirlər göstərə bilər: “Ən çox risk altında olan qruplar 65 yaşdan yuxarı şəxslər və 5 yaşadək uşaqlardır. “65 yaşdan yuxarı insanlar adətən xroniki xəstəliklər, məsələn, şəkərli diabet və digər ürək-damar xəstəliklərinə malik olduqları üçün kəskin temperatur dəyişiklikləri onların immun sisteminə mənfi təsir göstərir və mövcud xəstəliklərin oyanmasına səbəb ola bilər”.
O bildirib ki, anormal hava şəraiti əsasən immun sisteminə təsir etdiyi üçün orqanizmin ümumi sağlamlığına mənfi təsir göstərir: “İnsanların immun sistemi zəiflədikdə müxtəlif xəstəliklərin aktivləşməsi riski artır. Bu baxımdan, xüsusilə risk qruplarının sağlamlıqlarına ciddi diqqət yetirməsi vacibdir”.
Günel Elxan
25 Mart 17:27
1 323
25 Mart 15:08
1 330
25 Mart 15:03
1 344