“Rusiya danışıqlarda qeyri-müəyyənlik seçir” Gündəm

“Rusiya danışıqlarda qeyri-müəyyənlik seçir”

“Kremlin danışıqları qapalı formatda aparması bir neçə məqsədə xidmət edir”.

Bunu deputat Arzu Nağıyev Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu yanaşma Rusiyaya danışıqlarda manevr imkanlarını qorumağa, mövqeyini zəiflətməməyə və erkən mərhələdə ictimai təzyiqlərdən yayınmağa imkan verir:
Qeyri-şəffaflıq eyni zamanda qarşı tərəf üçün psixoloji və informasiya təzyiqi yaradır. Bu, həm diplomatiyada, həm də informasiya müharibəsində istifadə olunan üsuldur və Ukrayna ilə Qərb tərəfdaşları arasında koordinasiyanı çətinləşdirir. Bu yanaşmanın sülh prosesinə təsiri ikilidir. Bir tərəfdən qapalı diplomatiya müəyyən məsələlərin sakit şəraitdə müzakirəsinə şərait yaradır, digər tərəfdən isə şəffaflığın olmaması etimadsızlığı artırır və prosesin sülh təşəbbüsündən daha çox vaxt udmağa yönəldiyi təəssüratını yaradır.Ukrayna məsələsi Rusiya cəmiyyətində emosional və siyasi baxımdan həssas mövzudur. Kreml bu səbəbdən danışıqları məxfi saxlamaqla daxili narahatlığın qarşısını almağa çalışır. Lakin strateji qeyri-müəyyənlik siyasəti uzunmüddətli perspektivdə sülh üçün etimadın formalaşmasını çətinləşdirir”.

Deputat vurğulayıb ki, Rusiya münaqişəni ABŞ–Rusiya qarşıdurması kimi təqdim etmək istəmir və Ukraynanı formal olaraq müstəqil tərəf kimi göstərməyə çalışır. Bu da Moskvanın diplomatik mövqeyinin tərkib hissəsidir”.

Günel Elxan