“Azərbaycan qlobal sülh gündəliyində ön sıradadır”
20 Fevral 22:31
20 Fevral 22:31
20 Fevral 20:45
20 Fevral 20:32
20 Fevral 22:31
616
“Vaşinqtonda baş tutan “Sülh Şurası”nın ilk iclasında təsisçi dövlətin rəhbəri səviyyəsində Prezident İlham Əliyevin iştirakı bir daha göstərdi ki, Prezidentin xarici siyasət strategiyası diplomatik və siyasi incəlikləri yüksək səviyyədə özündə ehtiva edir”.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev xalqcebhesi.az-a açıqlamasında bildirib.
Rizvan Nəbiyev qeyd edib ki, dünyanın ən böyük siyasi, iqtisadi, hərbi və maliyyə gücünə malik ABŞ ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlığın təmin olunması Prezident Əliyevin ardıcıl və praqmatik diplomatik fəaliyyətinin nəticəsidir: “Prezidentin yeni status-kvoya əsaslanan sülh strategiyası və regionun sərhədlərini aşan əməkdaşlıq modeli riskləri əhəmiyyətli dərəcədə aradan qaldırıb və Azərbaycanın regiondakı rolunu gücləndirib.Prezidentin iştirakı və Ermənistanın potensial əməkdaş tərəfə çevrilməsi istiqamətində atılan addımlar dünya siyasi liderləri tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə Aleksandar Vuçiçin Belqradda Serbiya mətbuatı qarşısında Prezident Əliyevlə aparılan dialoqu yüksək dəyərləndirməsi də bunu təsdiqləyir”.
Rizvan Nəbiyev vurğulayıb ki, Azərbaycanın əldə etdiyi uğurlar regionda bəzi dairələri narahat etsə də, ölkəmizə qarşı yönəlmiş müxtəlif qarayaxma kampaniyaları əvvəlkilər kimi tam iflasa uğrayacaq: “Xalq–rəhbər birliyi Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsini təmin edən əsas amildir”.
Günel Elxan
20 Fevral 20:45
910
20 Fevral 20:32
1 015
20 Fevral 20:14
1 722