“Bayram yarmarkalarının təsiri məhduddur” Gündəm

“Bayram yarmarkalarının təsiri məhduddur”

“Bayram yarmarkaları qısa müddətdə qiymət artımının qarşısını qismən ala və süni bahalaşmanı zəiflədə bilər”

Bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Xalqcebhesi.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, yarmarkaların real olması, məhsulların birbaşa istehsalçıdan istehlakçıya təqdim olunması vacibdir: “Bu, vasitəçi xərclərini azaldır və qiymətlərin bazardakı orta səviyyədən bir qədər aşağı olmasına imkan yaradır. Bayram ərəfəsində tələbatın artdığı dövrdə bu, qiymətlərin kəskin sıçrayışının qarşısını almağa həm psixoloji, həm də praktiki təsir göstərir. Yarmarkaların təsiri əsasən müvəqqətidir, məhdud miqyaslıdır və bazarın bütün hissəsini əhatə etmir. Bazar mexanizmləri əsasən təklif-tələb balansı, istehsal xərcləri, logistika və idxal amilləri ilə formalaşır. Bayram yarmarkaları daha çox sosial və tənzimləyici xarakter daşıyır, qısa müddətli rahatlama yaradır, amma struktur problemləri həll etmədiyi üçün bazara təsiri məhdud qalır.

Günel Elxan