21:40
532
“Amerika Birləşmiş Ştatları və İran arasında hər hansı normal münasibət yoxdur və bu ölkələr bir-birinə qarşı düşməndirlər”.
Bunu politoloq Tofiq Abbasov Xalqcəbhəsi.az-a açıqlaması zamanı deyib
Onun sözlərinə görə, hazırda münasibətlər əslində müharibə şəraitindədir və tərəflər güc vasitəsilə öz qüdrətlərini göstərməyə çalışırlar: “Ən arzuolunmaz hal odur ki, insanlar tələf olur. Hətta İranda ailə üzvləri birlikdə raket zərbələri altında məhv edilir. Ölkədə böyük nümayişlər gedir, insanlar qara geyinir və qəzadadırlar. Bu proseslər heç də yaxşı perspektiv vəd etmir. Hava hücumlarından müdafiə sistemləri səhvən ABŞ-a məxsus təyyarələri İran təyyarəsi zənn edərək vurub, amma şükür ki, tələf olmayıb. Bu gərginliyin artması göstərir ki, vəziyyət getdikcə çıxılmaz olur. Bölgədə prosesləri gündəmə gətirən əsas faktor İsraildir. İsrail başqa ölkələrin liderlərini hədəfə almaqla, tikanlı və zəhərli davranış nümayiş etdirir ki, bu da kövrək körpülərin tamamilə yandırılmasına səbəb olub”.
Tofiq Abbasov diplomatiyanın hazırda zəif görünsə də mövcud olduğunu qeyd edib: “ABŞ prezidenti Donald Trump bildirir ki, İran danışıqlar istəyir, amma bu düzgün deyil. İran rəhbərliyi isə açıq şəkildə deyib ki, danışıqlara getməyəcək. Müharibə artıq başlayıb və hər iki tərəf mövqeyində qərarlıdır. ABŞ bazaları hədəfə alınıb və ərəb xalqları başa düşür ki, İranın zərbələri qoruyucu funksiyanı tam yerinə yetirmir. İran bazaların çıxarılmasını tələb edir və Amerika bölgədən çıxmalıdır. Bu proses artıq dərin və mürəkkəb böhran formalaşdırıb və dünya birliyi üçün belə bir ssenari daha əvvəl yaşanmamışdır. ABŞ-ın gələcək manevrləri, xüsusilə Donald Trump-un addımları isə vəziyyətin nəticəsini müəyyən edəcək.
Günel Elxan
21:31
1 211
21:28
581
21:28
574