20:32
707
“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti toplantısı və Avropa Birliyi ilə Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası Azərbaycanın uzunmüddətli iqtisadi strategiyası baxımından vacibdir”.
Bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli xalqcebhesi.aza açıqlamasında bildirib.
O bildirib ki, bu platformalar ölkənin enerji tərəfdaşlığını gücləndirir, ixrac marşrutlarının sabitliyini təmin edir və investisiya risklərini azaldır: “Uzunmüddətli qaz ixracı dövlət büdcəsinə stabil valyuta axını gətirir və düzgün idarə olunarsa, infrastruktur, sənaye və texnologiya sahələrinə yönəldilərək iqtisadiyyatın şaxələndirilməsinə xidmət edə bilər. Eyni zamanda, yaşıl enerji layihələri daxili elektrik istehsalını artırır, qaz sərfiyyatını azaldır və qeyri-neft sektorunun inkişafına təkan verir. Nəsirli vurğulayıb ki, Azərbaycanın strateji enerji idarəçiliyi həm enerji ixracından asılılığı azaldır, həm də əlavə xarici investisiyaların cəlbinə imkan yaradır.
Günel Elxan