
“Ukraynada seçkilərin keçirilməsi və Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslər hələ uzun müddət davam edə bilər”.
Bu sözləri politoloq Xəyal Bəşirov xalqcebhesi.aza açıqlamasında bildirib ki,
O vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti Donald Trumpun Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəldikdən sonra Ukraynada seçkilərin keçirilməsi ilə bağlı ortaya qoyduğu tələblər Ukraynada müəyyən çaşqınlıq yaratmışdı. Bəzi Avropa ölkələrində də fərqli fikirlər mövcud idi. Hətta Donald Trump Ukrayna Prezidenti Vladimir Zelenskini diktator adlandırmışdı: “Danışıqlar prosesi nəticəsində atəşkəsin əldə edilməsi və sonra seçkilərin keçirilməsi müzakirə edilirdi. Hətta Vladimir Zelenski bir müddət öncə buna açıq razılığını da bildirmişdi. Lakin Rusiya-Ukrayna müharibəsinin başa çatması ehtimalı o qədər də real görünmür. Düzdü, hər an hər şey baş verə bilər. Amma gedişat, indiki baş verən proseslər, Rusiya-Ukrayna danışıqlarında irəli sürülən şərtlər və kənar güclərin prosesə yanaşması qısa müddətdə müharibənin başa çatmasından xəbər vermir. Əksinə, prosesin uzanacağından xəbər verir.Hələ Amerika Birləşmiş Ştatlarının yaxın Şərqdə baş verən proseslərdə başının qarışması ondan xəbər verir ki, Rusiya-Ukrayna prosesi ikinci plana keçib və proses davam edəcək. Vladimir Zelenskinin də belə fikir səsləndirməsi, düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının başının yaxın Şərqdə qarışması və silah və digər texniki vasitələrin yönünün yaxın Şərqə yönləndirilməsi ilə bağlıdır. Bu, Amerika Birləşmiş Ştatlarının yardımdan kənarda qalması səbəbi ilə onun Avropaya xoş gələn mövqe sərgiləməsi ilə əlaqədardır.Mən düşünürəm ki, Vladimir Zelenskinin həm Amerika Birləşmiş Ştatlarının hərbi yardımının Avropa yardımı ilə əvəzlənməsi fikri, həm də eyni zamanda seçkiləri Rusiya müharibəsi bitdikdən sonraya saxlaması birbaşa Avropanın mövqeyi ilə üst-üstə düşür. Daha çox Avropa deyəndə, burada biz Böyük Britaniya, Fransa, Almaniya və digər Qərbi və Mərkəzi Avropa dövlətlərini nəzərdə tuturuq ki, onların mövqeyi ilə üst-üstə düşür.Bu baxımdan, mən düşünürəm ki, bu müəyyən mənada Amerika Birləşmiş Ştatlarının bu prosesdən kənarlaşması ilə də bağlı ola bilər. Amma hər bir halda unutmayaq ki, Amerika Birləşmiş Ştatları yaxın Şərqlə uzun müddət müharibədə qalmayacaq və qala bilməz. Qısa müddət sonra biz Amerika Birləşmiş Ştatlarının yenidən Rusiya-Ukrayna mövzusuna qayıtmasından sonra Vladimir Zelenskinin fərqli fikir səsləndirməsinin də şahidi ola bilərik.Ölkə daxilində əgər əhali bunu prosesin uzanacağı və Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam edəcəyi anlamı kimi qəbul etsələr, bu, ciddi etirazlara səbəb ola bilər. Amma əgər bu fikir müharibəni tez bitirmək niyyəti ilə əsaslandırılırsa və hakimiyyətini uzatmaq məqsədini daşımırsa, elə ciddi problem yaranmaz.Reallıqlara baxanda isə bu fikir müharibənin davam edəcəyi reallığını göstərir və prosesin uzanması anlamına gəlir.
Günel Elxan